Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nailiyyətləri dünya miqyasında tətbiq oluna bilər. Bunu Beynəlxalq limanlar assosiasiyasının (IAPH) siyasət və strategiya üzrə icraçı direktoru Patrik Verxoven deyib.

Daha öncə P.Verxoven qeyd etmişdi ki, assosiasiya limanlar sahəsində müsbət praktikalarla bağlı məlumatların qlobal bazasını yaratmaq niyyətindədir. O bildirmişdi ki, baza dünya limanlarının sabitliyi proqramı çərçivəsində yaradılacaq.

P.Verxoven qeyd edib: “Bakıda demək olar ki, sıfırdan yeni liman yaradılır. Bu infrastruktura, ekoloji qərarlar, ictimaiyyətlə münasibətlər formatı baxımından çox maraqlı layihədir. Bu, maraqlı fikirlərdir və həmin proqrama daxil edilə bilər”.

Onun sözlərinə görə, assosiasiya Bakı limanı ilə əməkdaşlıq edir: “Bakı limanı layihəsi çox maraqlı və innovasiyalıdır. Biz onun təcrübəsini öyrənmək niyyətindəyik”.

Qeyd edək ki, Bakıda 8-11 may Limanlar üzrə Ümumdünya Konfrans (World Ports Conference 2018) keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir